Azərbaycanda indiyədək 1665832 koronavirus testi aparılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i370067-azərbaycanda_indiyədək_1665832_koronavirus_testi_aparılıb
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 27, 2020 06:06 Asia/Baku
  • Azərbaycanda indiyədək 1665832 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 19178, hazırkı dövrədəkisə 1665832 test aparılıb.

Məlumata görə Azərbaycan Respublikasında indiyədək ümumilikdə 106101 nəfər koronavirus infeksiyasına yoluxub. onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib, aktiv xəstə sayı 36273 nəfərdir.