Azərbaycan Respublikasında koronavirusa daha 4 212 nəfər yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 18 420 test aparılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda indiyədək ümumilikdə 114 min 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.