Bu gündən dekabrın 7-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyat işləməyəcək
Dek 05, 2020 06:35 Asia/Baku
Bu gündən dekabrın 7-si saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2020-ci il 28 dekabr saat 06:00-dək dayandırılıb.