Azərbaycan Respublikasında koronavirusa daha 1 505 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i371042-azərbaycan_respublikasında_koronavirusa_daha_1_505_nəfər_yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 9 383 test aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2020 18:41 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 1 505 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 9 383 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 203 min 593 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 142 min 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 9 383, hazırkı dövrədək isə 2 073 137 test aparılıb.