Azərbaycan Respublikasında koronavirusa daha 2 284 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i371083-azərbaycan_respublikasında_koronavirusa_daha_2_284_nəfər_yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 15 221 test aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2020 19:24 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 2 284 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 15 221 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 205 min 877 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 147 min 199 nəfər müalicə olunaraq sağalıb, 2 294 nəfər vəfat edib, aktiv xəstə sayı 56 384 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 15 221, hazırkı dövrədək isə 2 088 358 test aparılıb.