Azərbaycan nefti 50 dollara qədər ucuzlaşıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i371184-azərbaycan_nefti_50_dollara_qədər_ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,08 ABŞ dolları və yaxud 2,07 % azalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2020 06:19 Asia/Baku
  • Azərbaycan nefti 50 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,08 ABŞ dolları və yaxud 2,07 % azalıb.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50,97 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.