Türkiyənin müdafiə naziri Azərbaycan Respublikasına səfər edib
Dek 31, 2020 12:20 Asia/Baku
Türkiyənin müdafiə naziri bu gün Azərbaycan Respublikasına səfər edib.
SəhərAzəri xəbər verir, Hulusi Akar Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə mərkəzində fəaliyyət göstərəcək türkiyəli hərbçilərlə görüşüb.
Türkiyənin müdafiə naziri həmin görüşdə türkiyəli hərbçilərin Qarabağda Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəsə nəzarət tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirib.
Hulusi Akar bundan öncə bildirmişdi ki, Ağdam rayonunda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə mərkəzində tikinti işlərinin başa çatması ilə bu mərkəzin fəaliyyəti başlayacaqdır.
Teqlər