Azərbaycan Respublikasından Avropaya birbaşa qaz ixracı başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i371452-azərbaycan_respublikasından_avropaya_birbaşa_qaz_ixracı_başlanıb
Azərbaycan Respublikası ilk dəfə olaraq, öz qazını cənub qaz dəhlizi ilə birbaşa şəkildə Avropaya çatdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2020 18:11 Asia/Baku
  • Azərbaycan Respublikasından Avropaya birbaşa qaz ixracı başlanıb

Azərbaycan Respublikası ilk dəfə olaraq, öz qazını cənub qaz dəhlizi ilə birbaşa şəkildə Avropaya çatdırıb.

SəhərAzəri xəbər verir, SOKAR-ın ictimai əlaqələr bölməsi bildirib ki, 878 kilometr uzunluqda olan Trans-Adriatik boru kəməri təbii qaz köçürmək vəzifəsinə malikdir.

Azərbaycan Respublikasının Şahdəniz qaz yatağından başlanan bu boru xətti Yunanıstan və Albaniyadan keçdikdən sonra İtaliyaya çatır.

Trans-Adriatik boru kəmərinin işə başlaması Azərbaycan Respublikasına dünyada ən iri qaz idxalatçısı olan Avropanın qaz bazarına birbaşa şəkildə daxil olmaq imkanı yaradıb.

Tikintisi dörd ildən çox davam edən Trans-Adriatik qaz kəməri ildə 10 milyard kubmetr qaz köçürmək imkanına malikdir.