Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i371624-erməni_təcavüzündən_ziyan_çəkən_şəxslərə_maddi_yardım_göstərilməsinə_başlanılıb
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına maddi yardım göstərilməsinə başlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 11:56 Asia/Baku
  • Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb

Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına maddi yardım göstərilməsinə başlanılıb.

SəhərAzəri xəbər verir, Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Azərbaycan Nazirlər Kabinetindən verilən məlumata görə, artıq prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.