Yan 21, 2021 16:04 Asia/Baku
  • Azərbaycanın Qarabağ müharibəsindəki itkilərinin yeni statıstikası açıqlanıb

Azərbaycan Respublikasının 44 günlük Qarabağ müharibəsindəki itkilərinin sayı 3 min nəfərə çatıbdır.

SəhərAzəri TRT-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanatda yayaraq, bildirib ki, bəzi cənazələrin tapılması və kimliyinin müəyyən edilməsi ilə bu ölkənin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Dağlıq Qarabağın azad edilməsi əməliyyatlarında itkilərinin sayı 2 min 855 nəfərə çatıbdır.

Bəyanata əsasən, Azərbaycan Respublikasının 50 hərbi qulluqçusu hələ də itkindir.

Ermənistan Səhiyyə Nazirliyi də, bu ölkənin Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikası ilə hərbi qarşıdurmsında indiyədək 3 min 330 erməninin həlak olduğunu bildirib.

Teqlər