Etiraz edən şəhid anaları nazirlikdə qəbul edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i372473-etiraz_edən_şəhid_anaları_nazirlikdə_qəbul_edildi
Övladlarının Şəhidlər Xiyabanında dəfn edilməməsinə görə etiraz aksiyası keçirən azərbaycanlı şəhid anaları Müdafiə Nazirliyində qəbul edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2021 14:27 Asia/Baku
  • Etiraz edən şəhid anaları nazirlikdə qəbul edildi

Övladlarının Şəhidlər Xiyabanında dəfn edilməməsinə görə etiraz aksiyası keçirən azərbaycanlı şəhid anaları Müdafiə Nazirliyində qəbul edilib.

SəhərAzəri Dəyərlərə istinadən xəbər verir ki , Az. R Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib:

“Bu gün şəhid ailələrinin üzvləri Müdafiə Nazirliyində qəbul olunub və müraciətləri dinlənilib”,

Qeyd edək ki, bir neçə saat əvvəl Az. R. Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında bir neçə şəhid anası yolu bağlayaraq, etiraz aksiyası keçirib. Onlar müharibə zamanı şəhid olmuş övladlarının Şəhidlər Xiyabanında dəfn olunmamasından şikayət ediblər.