Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
https://azeri.sahartv.ir/news/azərbaycan-i372482-azərbaycanlı_nazir_İndi_ermənistanla_da_əməkdaşlıq_mümkündür
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanla əməkdaşlığı istisna etməyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 25, 2021 15:58 Asia/Baku
  • Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanla əməkdaşlığı istisna etməyib.

SəhərAzəri xəbər verir ki,  ABŞ-ın Bloomberg Xəbər Portalının məlumatına əsasən, Mikayıl Cabbarov bildirib ki, indi Ermənistanla da əməkdaşlıq etmək mümkündür. Məsələ ondadır ki, Yerevanla Bakı Dağlıq Qarabağ üzündən təxminən 30 il idi mübarizə aparırdılar.

Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Rusiya, Azərbaycan və Ermənistanın yaratdığı birgə işçi qrup regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı planları həyata keçirmək məqsədilə bu ay işə başlamalıdır. Qarşılıqlı əməkdaşlıq regiondakı bütün ölkələrə fayda gətirəcək”, - deyə nazir qeyd edib”.

Azərbaycanlı nazir sonra deyib: “azad edilmiş ərazilərlə bağlı quruculuq planları, son saziş çərçivəsində regionda sərhədlərin və nəqliyyat əlaqələrinin açılması Azərbaycan iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına böyük töhfə olacaq və ümumilikdə Qafqazda sabitliyi gücləndirəcək.