Yan 26, 2021 21:41 Asia/Baku
  • Lavrov: “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq”

“Rusiya çox illər ərzində Dağlıq Qarabağ münaqişəsinə ən yaxın diqqəti göstərib”.

SəhərAzəri Apa-ya istinadən xəbər verir, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyündən biz, obyektiv baxsaq, daha çox ardıcıl şəkildə münaqişənin nizamlanmasına nail olmaq üçün müxtəlif ideyalar irəli sürmüşük. Bir neçə il bundan qabaq bizim şansımız olub. Rusiyanın təklifi əsasında digər həmsədrlərin dəstəklədiyi razılıq əldə olunub, hansı ki, bu, Ermənistan və Azərbaycan tərəfindən yüz minlərlə insan həyatını qorumağa köməklik edə bilərdi. Təəssüflər olsun ki, o zaman bu alınmadı. İndi biz yerdə real vəziyyəti görürük, hansı ki, bu vəziyyətə Rusiya prezidentinin şəxsi vasitəçi səyləri nəticəsində nail olunub. Onun Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə çox saatlıq danışıqları ilə 9 noyabr razılaşması baş tutub.

 

Teqlər