Yan 26, 2021 21:53 Asia/Baku
  • Yaxın günlərdə Azərbaycana müasir minatəmizləyən maşınlar gətiriləcək

Yaxın günlərdə Azərbaycana müasir minatəmizləyən maşınlar gətiriləcək

SəhərAzəri Apa-ya istinadən xəbər verir, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib. 

"Ali Baş Komandanın göstərişinə əsasən, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb", - deyə o, qeyd edib.

O bildirib ki, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: "Bundan əlavə olaraq, minaaxtaran cihazların bir hissəsi artıq alınaraq mühəndis qoşunlarının istifadəsinə verilib".

Teqlər