Kəlbəcərdəki qızıl ehtiyatlarının səmərəli istismar olunması üçün Vergi Məcəlləsinə dəyişiklik edilir
Yan 26, 2021 21:59 Asia/Baku
Kəlbəcərdəki qızıl ehtiyatlarının səmərəli istismar olunması üçün Vergi Məcəlləsinə dəyişiklik edilir.
SəhərAzəri Apa-ya istinadən xəbər verir, bununla bağlı Vergi Məcəlləsinə yeni - 164.1.54-164.1.55-ci maddələrin əlavə edilməsi təklif olunur.
Təklif olunan yeni maddəyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının da vergidən azad edilməsi təklif olunur.