Ötən il Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard dollar dəyərində olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i372639-Ötən_il_azərbaycanın_qeyri_neft_ixracı_1_9_milyard_dollar_dəyərində_olub
Keçən il Azərbaycandan 13,7 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 1,9 milyard dollar dəyərində ixrac reallaşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2021 12:08 Asia/Baku
  • Ötən il Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard dollar dəyərində olub

Keçən il Azərbaycandan 13,7 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 1,9 milyard dollar dəyərində ixrac reallaşdırılıb.

SəhərAzəri yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayına əsasən, qeyri-neft sektoru üzrə ixrac əvvəlki illə müqayisədə 102 milyon dollar və ya 5,2 faiz azalıb.

Hesabat ili ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377,8 milyon, İsveçrəyə 224,8 milyon, Gürcüstana 127,6 milyon və Çinə 44,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.