Yan 29, 2021 19:44 Asia/Baku
  • Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.

SəhərAzəri xəbər verir, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

H. Akar bildirib ki, Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq: “Bir general və 38 personalımızın çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq”.

 

Teqlər