Türkiyə Azərbaycana 20 ədəd minatəmizləyən maşın göndərib
Fev 04, 2021 16:22 Asia/Baku
Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki minatəmizləyən maşın) Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir", - deyə qeyd olunub.
Teqlər