Az. R. DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfərİ tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i373318-az._r._dİn_cinayət_törətməkdə_şübhəli_bilinən_29_nəfərİ_tutulub
AZ. R. Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2021 06:58 Asia/Baku
  • Az. R. DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfərİ tutulub

AZ. R. Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

SəhərAzəri APA-y istinadən xəbər verir ki. Az. R. DİN-nin məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.