Ötən il Azərbaycan Respublikası əhalisinin sayı 0,5 faiz artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i373409-Ötən_il_azərbaycan_respublikası_əhalisinin_sayı_0_5_faiz_artıb
Ötən il ərzində Azərbaycan Respublikası əhalisinin sayı 52 025 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10119133 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2021 06:04 Asia/Baku
  • Ötən il Azərbaycan Respublikası əhalisinin sayı 0,5 faiz artıb

Ötən il ərzində Azərbaycan Respublikası əhalisinin sayı 52 025 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10119133 nəfərə çatıb.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi QubaXaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.