Fev 26, 2021 12:34 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti “Ana harayı” abidəsini ziyarət edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

SaharAzeri xəbər verir, İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva da abidənin önünə gül dəstəsi qoyub.

 

Teqlər