Mart 04, 2021 17:21 Asia/Baku
  • Xudafərin gömrük postu açıla bilər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında İranla postun açılması ehtimalından danışıb.

SəhərAzəri Publika-ya istinadən xəbər verir ki, S.Mehdiyev deyib: "İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində, eyni zamanda tranzit hərəkətlər istiqamətində işlər davam edir. Hazırda Naxçıvanla, eyni zamanda Ermənistanla sərhəd keçid məntəqələri istiqamətində layihələr hazırlanır. Bu, region üçün ən ekonomik dəhlizlərdən biridir. Hazırda danışıqlar aparılır. Bu sahənin istiqaməti müəyyən olunduqdan sonra yeni postlar açılacaq. İranla postun açılması ilə bağlı fikirlər söylənildi. Komissiyanın və hökumətin verdiyi qərarlardan sonra İranla da postun açılması ehtimalı var. Bu, Xudafərin keçid qapısı ola bilər. Hazırda konkret zaman demək mümkün deyil".

Teqlər