Bakı «OPEK Plyus»un qərarını himayə edib
Azərbaycan Respublikası «OPEK Plyus» ölkələrinin neft nazirlərinin son 14-cü iclasında əldə olunmuş razılaşmaları himayə edib.
SəhərAzəri xəbər verir ki, Razılaşmalar 2021-ci ilin aprel ayında gündəlik neft hasilatının hazırkı paylarının uzadılması barədədir.
Azərbaycan Respublikasının energetika nazirliyindən verilən məlumata görə, rəsmi Bakı pandemiyadan irəli gələn səbatsız şəraitdə neft bazarında müsbət fəaliyyətin qorunub saxlanılması üzrə həmkarlığı vacib sayır.
Ötən dövrlərlə müqayisədə neft bazarında müvazinətin bərqərar olmasına işarə edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov sonra söyləyib: Bununla belə, neft bazarı üçün təhlükələr hələ də aradan qaldırılmayıbdır.
O, deyib: Qiymətlərin hazırkı artımı daha çox hazırkı beynəlxalq şəraitə görədir ki, neft qiymətinin neft üzrə xahişin artmasına və digər əsas meyarlara görə artması bazarda səbatsız şəratiin bərqərarına səbəb olur.
«OPEK Plyus» formasında əldə olunan razılaşmaya əsasən, Azərbaycan Respublikasının neft hasilatı həcminin azaldılması üzrə cari ilin aprel ayındakı öhdəlikləri gündəlik olaraq, 123 min barreldir.