Mart 12, 2021 10:00 Asia/Baku
  • Azərbaycan iqtisadiyyatı artıma keçə bilmir

Cari milad ilinin Yanvar-fevral aylarında Azərbaycan Respublikasının iqtisadiyyatının vəziyyəti açıqlanıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi xəbər verir ki, iki min iyirmi birinci ilin ilk iki ayında bu ölkədə on iki milyard on doqquz milyon manatlıq ümumi daxili məhsul istehsla edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç tam onda iki faiz azdır. Hesabat dövründə azalma həm neft, həm də qeyri-neft sektorunda qeydə alınıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər yeddi tam onda beş faiz, qeyri neft-qaz sektorunda isə sıfır tam onda dörd faiz azalıb.

Ümumi Daxili Məhsul istehsalının qırx bir tam onda iki faizi sənaye, on tam onda yeddi faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, səkkiz tam onda bir faizi nəqliyyat və anbar təsərrüfatı, dörd tam onda yeddi faizi tikinti, üç tam onda bir faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, iki faizi informasiya və rabitə, sıfır tam onda yeddi faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, on doqquz tam onda doqquz faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər Ümumi Daxili Məhsulun doqquz tam onda altı faizini təşkil edib.

Qeyd edək ki, iki min iyirmi birinci ilin yanvıar ayında da Azərbaycan Respublikası iqtisadiyyatında iqtisadi geriləmə qeydə alınmışdı. Belə ki, yanvar ayında bu ölkədə altı milyard iki yüz əlli altı milyon səkkiz yüz min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdu ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki tam onda beş faiz az idi.

Yanvar ayında neft-qaz sektorunda azalma, altı tam onda iki faiz olmuşdu.

Son bir ildə əhalinin hər nəfərinə düşən Ümumi Daxili Məhsulun dəyəri isə dörd tam onda doqquz faiz azalaraq, min iki yüz bir tam onda altı manata bərabər olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası iqtisadiyyatı bütövlükdə üç tam onda iki faiz kiçilibdir.

Teqlər