Bu gündən martın 15-dək Azərbaycan R. ərazisində ictimai nəqliyyat işləməyəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i374334-bu_gündən_martın_15_dək_azərbaycan_r._ərazisində_ictimai_nəqliyyat_işləməyəcək
Bu gündən martın 15-i saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2021 06:25 Asia/Baku
  • Bu gündən martın 15-dək Azərbaycan R. ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən martın 15-i saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Bununla əlaqədar 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.