Azərbaycan R-da daha 733 koronavirus xəstəsi aşkar edilib
Mart 14, 2021 12:57 Asia/Baku
Ötən sutka ərzində Azərbaycan Respublikasında daha 733 koronavirus xəstəsi aşkar edilib.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası nazirlər kabinetinin yanında operativ qərargah bildirib ki, COVID-19-a bu qədər yeni yoluxma ilə, həmin ölkədə koronavirusa yoluxanların sayı 239 min 692 nəfərə çatıb.
Həmçinin koronavirus nəticəsində daha səkkiz nəfərin ölümü ilə Azərbaycan Respublikasında bu xəstəliyin qurbanlarının ümumi sayı üç min 276 nəfərə çatıb.
Hal-hazırda Azərbaycan Respublikası xəstəxanalarında beş min 690 koronavirus xəstəsi yatır və indiyədək bu ölkədə iki milyon 701 min 181 COVID-19 testi həyata keçirilib.