Az. R-nın Göyçay və Yardımlı rayonunu sakinlərindən odlu silah götürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i374453-az._r_nın_göyçay_və_yardımlı_rayonunu_sakinlərindən_odlu_silah_götürülüb
Göyçay və Yardımlı sakinlərindən odlu silah götürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 10:48 Asia/Baku
  • Az. R-nın Göyçay və Yardımlı rayonunu sakinlərindən odlu silah götürülüb

Göyçay və Yardımlı sakinlərindən odlu silah götürülüb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Nəcəfovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Bundan başqa Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəlləkli kənd sakini C.Səlimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.