C.Bayramov: “Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana təhvil verib”
https://azeri.sahartv.ir/news/azərbaycan-i374458-c.bayramov_azərbaycan_hərbi_əsirlərin_hamısını_ermənistana_təhvil_verib
“Azərbaycan Dağlıq Qarabağdakı döyüşlərdə əsir düşən bütün hərbiçiləri Ermənistan tərəfinə təhvil verib”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 11:44 Asia/Baku
  • C.Bayramov: “Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana təhvil verib”

“Azərbaycan Dağlıq Qarabağdakı döyüşlərdə əsir düşən bütün hərbiçiləri Ermənistan tərəfinə təhvil verib”.

SəhərAzəri “Report”-a istinadla  xəbər verir ki, bunu Azərbaycan Respublikası  xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 “Üçtərəfli razılaşmalara əməl edilməli olduğunu hesab edirik. Atəşkəs elan edildikdən sonra qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olanlar və ərazimizdə cinayətlər törədənlər əsir hesab edilmir.

 Mülki geyimli ermənilər qanunsuz olaraq tikinti materiallarının daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində Azərbaycan ərazisinə girməyə çalışırlar. Gələcəkdə bunun təkrarlanmaması yolverilməzdir”, - C.Bayramov bildirib.