Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq.
SəhərAzəri Report-a istinadən xəbər verir ki, Azərbayacanın Qarabağ müharibəsində qələbəsindən sonra layihənin sürətləndirilməsi qərarı qəbul edilib. Belə ki, layihə çərçivəsində Qars-İğdır-Naxçıvan istiqamətində 230 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.