Ermənistanın bombardmanları nəticəsində evləri dağılmış sakinlərə mənzillər verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i374741-ermənistanın_bombardmanları_nəticəsində_evləri_dağılmış_sakinlərə_mənzillər_verildi
Ermənistanın bombardmanları nəticəsində evləri dağılmış sakinlərə mənzillər verildi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2021 12:02 Asia/Baku
  • Ermənistanın bombardmanları nəticəsində evləri dağılmış sakinlərə mənzillər verildi

Ermənistanın bombardmanları nəticəsində evləri dağılmış sakinlərə mənzillər verildi

SəhərAzəri yerli mətbuata istinadən xəbər verir ki, müharibə dövründə Ermənistan silahlı qüvvələri Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçib, müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurub.

Məlumatda deyilir ki, Ermənistanın Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib.

Gəncədə Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib. Sənədləşmə işi hazırda davam edir.