Sergey Markov: “Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır”
Rusiyalı ekspert Ermənistanın mina xəritələrini Azərbaycana verməməsini tənqid atəşinə tutub.
SəhərAzəri xəbər verir ki, rusiyalı politoloq Sergey Markov deyib: Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir.
Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də cinayət tərkibli hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
S.Markov qeyd edib ki, demək olar ki, bütün erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır: "Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var".
Politoloq vurğulayıb ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında şərt kimi qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.
Feud edək ki, müharibədən sonra ərazilərdəki mina problemi qaçqınların öz torpaqlarına qayıtmasını ciddi problemə çevirib