Mart 27, 2021 14:25 Asia/Baku
  • Azərbaycan XİN: İşğaldan azad olunmuş ərazilərə missiya göndərilməsi üçün YUNESKO ilə konstruktiv dialoq aparılır

“Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir”.

SəhərAzəri xəbər verir ki, bu barədə  AR Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir.

Şərhdə qeyd olunur ki, bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır: “Ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.

Teqlər