May 05, 2024 11:06 Asia/Baku
  • Əmir-Abdullahiyan: Sionist rejimin cəzalandırılmasının vaxtı çoxdandır çatıb

İran İslam Respublikasının XİN rəhbəri müsəlman ölkələrini sionist rejimlə “əlaqələri kəsməyə” və bu rejimə qarşı “praktiki sanksiyalara” çağırıb.

Hüseyn Əmir-Abdullahiyan şənbə günü Qambiyanın paytaxtı Banculda “davamlı inkişaf naminə dialoq vasitəsilə birlik və həmrəyliyin təşviqi” adı altında İƏT-in 15-ci iclasında etdiyi çıxışında bəyan edib ki, Qəzzə müharibəsi ilə bağlı müsəlman hökumətlərinin oynadığı rolun keyfiyyəti tarixə yazılacaq. Onun sözlərinə görə, İsraillə diplomatik və iqtisadi əlaqələrin kəsilməsi, ona qarşı praktiki silah və ticarət embarqosu Qəzzədə soyqırımını və İordan çayının qərb sahilində, eləcə də Müqəddəs Qüdsdə törətdiyi cinayətləri dayandırmaq üçün mühüm bir vasitədir.

Əmi-Abdullahian sionist rejimin məzlum Qəzzə xalqına qarşı vəhşi cinayətlərinə toxunaraq qeyd edib ki, soyqırımın dərhal dayandırılması üçün İslam ölkələrinin birlik və həmrəyliyinə hər zamankından daha çox ehtiyac var. Bu istiqamətdə Qəzzənin hər yerinə təcili, kifayət qədər və maneəsiz humanitar yardım göndərilməlidir.

İran xarici işlər naziri çıxışının sonunda rəsmi Tehranın mövqeyini beləcə yekunlaşdırıb:

1. Rəfəh da daxil olmaqla Qəzzənin bütün bölgələrində və hətta İordan çayının qərb sahilində dərhal, tam, qeyd-şərtsiz və daimi atəşkəsin yaradılmalıdır;

2. Qəzzədəki insan blokadası tamamilə aradan qaldırılmalıdır;

3. Əsirlər dəyişdirilməlidir;

4. İsrail rejimi dərhal, tamamilə və qeyd-şərtsiz olaraq Qəzzədən bütün hərbi qüvvələri və texnikasını çıxarmağa və insanların öz ərazilərinə və yerlərinə təhlükəsiz qayıtmasına beynəlxalq zəmanət verməyə məcbur edilməlidir;

5. İsrail rejiminə qarşı dərhal silah və ticarət embarqosu tətbiq edilməlidir;

6. Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti məcburi hökmü dəstəklənməli və İsrail cinayətlərinin bütün komandirlərinin, icraçılarının mühakimə olunması və cəzalandırılması üçün zəmin yaradılmalıdır. Regionda və İslam dünyasında sülh və təhlükəsizliyi təmin etmək üçün üsyankar sionist rejimin nümayəndələri mühakimə edilməli və cəzalandırılmalıdır.