May 04, 2024 21:26 Asia/Baku
  • İsa Qəmbər Müsavat Partiyasına sədr seçilib

Müsavat Partiyasının XI qurultayı keçirilib. Qurultayda bu partiyasının keçmiş sədri İsa Qəmbər yenidən sədr seçilib.

Müsavat Partiyanın yeni başqanı İsa Qəmbər çıxış edərək ona etimad göstərib, lehinə səs verənlərə öz təşəkkürünü bildirib.

Daha sonra qurultay iştirakçılarına bildirilib ki, yeni seçilən Məclis üzvləri ilə bağlı nəticələr sabah elan olunacaq.

Beləliklə, qurultay öz işini sabah davam etdirəcək. Yaxın həftələrdə isə Divan üzvləri elan olunacaq.

Sonda Müsavat Partiyası siyasi məhbusların azad olunması ilə bağlı bəyanat qəbul edib.

Teqlər