Ceyhun Bayramov Tacikistana yola düşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i375058-ceyhun_bayramov_tacikistana_yola_düşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 11:23 Asia/Baku
  • Ceyhun Bayramov Tacikistana yola düşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

SəhərAzəri xəbər verir ki, Azərbyacan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstan ilə Türkiyə arasında 2011-ci ildə başladılan regional bir təşəbbüsdür. Bu format, Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platforma hesab edilir. "İstanbul Prosesi" nin iştirakçıları Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləridir.