Gələn çərşənbə günü Azərbaycan Respublikasında ramazan ayının biri elan olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i375570-gələn_çərşənbə_günü_azərbaycan_respublikasında_ramazan_ayının_biri_elan_olunub
Qafqaz Müsəlmanları İdarəsi çərşənbə günü, aprelin on dördünü, Azərbaycan Respublikasında mübarək ramazan ayının biri elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 18:42 Asia/Baku
  • Gələn çərşənbə günü Azərbaycan Respublikasında ramazan ayının biri elan olunub

Qafqaz Müsəlmanları İdarəsi çərşənbə günü, aprelin on dördünü, Azərbaycan Respublikasında mübarək ramazan ayının biri elan edib.

SəhərAzəri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Ruhanilər Şurasının bugünkü iclasında Azərbaycan Respublikasının Şamaxı rəsədxanasının hesablamalarına istinadla elan olunub ki, aprelin on dördü, ramazan ayının biridir və bu mübarək ayın sonuncu günü, mayın on üçünə təsadüf edir.

Həmçinin Azərbaycan Respublikası nazirlər kabinetinin qərarına əsasən, mayın on üçü və on dördü, səadətli Fitir bayramı ilə əlaqədar, bu ölkə boyu rəsmi tətil elan olunub.