Apr 12, 2021 13:49 Asia/Baku
  • Qarabağda İsgəndər dilemması

Son günlər üzə çıxmış bəzi faktlar İkinci Qarabağ müharibəsində Azərbaycan qarşı “İsgəndər” raketlərindən də istifadə olunduğunu göstərir.

SəhərAzəri xəbər verir kia. ABŞ-da çıxan Avrasiya Riviyu məcmuəsi bu barədə yazır: Yerevan bu silahı əldə etdikdən sonra bir çox erməni ekspert “İsgəndər-E” raketlərinin Ermənistan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyir, onun hərbi balansı Ermənistanın xeyrinə dəyişdiyini vurğulayırdı. Və indi məlum olur ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan qarşı “İsgəndər” raketlərindən də istifadə edilib. Bu mürəkkəb məsələ ilə bağlı ilk açıqlamanı Ermənistanın keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan vermişdi: “Bəli, müharibə zamanı bu raketlərdən də istifadə olunub, amma onların haraya atıldığını söyləyə bilmərəm”.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərinin effektivliyini şərh edərkən, Rusiya istehsalı olan “İsgəndər” ballistik raketlərindən Dağlıq Qarabağ müharibəsi zamanı istifadə olunduğunu, lakin onların partlamadığını demişdi. Maraqlıdır ki, Azərbaycanın sabiq müdafiə sənayesi naziri Yavər Camalov vaxtilə Ermənistanda “İsgəndər-E” raketlərinin olduğunu, lakin onların istismar müddətinin bitdiyini söyləmişdi. Lakin bu günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarını aşkar edib. Bununla, “İsgəndər” dilemması yenidən mürəkkəbləşib. Bəs “İsgəndər-M” raketlərinin qalıqları Şuşa şəhərində necə peyda olub? Onları Şuşaya kim atıb?

Bəzi ekspertlər hesab edir ki, Rusiya Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına mane olmaq üçün ona qarşı “İsgəndər-M” raketlərindən istifadə edə bilərdi. Xatırladaq ki, tərəflər arasında hərbi əməliyyatlar məhz Kremlin müdaxiləsindən sonra başa çatıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb və bununla da Moskva bölgədə atəşkəsə, sülhə zəmanət verən əsas dövlətə çevrilib

Teqlər