Rusiya qüvvələrinin Qarabağdan çıxarılması ehtimalı
https://azeri.sahartv.ir/news/azərbaycan-i375669-rusiya_qüvvələrinin_qarabağdan_çıxarılması_ehtimalı
Azərbaycanda rusiyalı sülhməramlıların fəaliyyətinə qarşı narazılıq artmaqdadır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 09:27 Asia/Baku
  • Rusiya qüvvələrinin Qarabağdan çıxarılması ehtimalı

Azərbaycanda rusiyalı sülhməramlıların fəaliyyətinə qarşı narazılıq artmaqdadır

 SəhərAzəri xəbər verir ki,  Rusiyanın, xüsusilə də, Müdafiə Nazirliyinin bəzi rəsmiləri sanki Qarabağda uzunmüddətli qala biləcəyini erməni ictimaiyyətinə nümayiş etdirmək istəyirlər. Onların səsləndirdiyi bəyanatlar, xüsusilə də, Şuşada, Laçında sülhməramlılar üçün əlavə şəhərciklərin salınmasına dair verilən bəyanatlar Azərbaycanın maraqlarına ziddir və belə bir fəaliyyətin həyata keçirilməsi mümkün deyil.

Ekspert bildirib ki, həm Müdafiə Nazirliyinin, həm də kiçik də olsa da, partiya rəhbərinin belə fikirlər səsləndirməsi və Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanata təpki verməməsi Azərbaycan ictimaiyyətinin Rusiyaya qarşı neqativ fikirlərə köklənməsinə səbəb olur.

Ədalət Verdiyevin sözlərinə görə, Rusiya bu məsələlərə aydınlıq gətirməli və Azərbaycan ilə münasibətləri qorumağa çalışmalıdır. Əks halda Azərbaycan cəmiyyətində Rusiyanın Qarabağda gözlənilən müddətdən də daha erkən çıxması üçün sosial sifariş formalaşa bilər. Bu isə dönüşü geri olmayan proseslərlə nəticələnə bilər.

Ə. Verdiyev vurğulayıb ki, əgər Rusiyanın davranışlarında dəyişiklik olmasa, bu cür təpkilər gələcəkdə arta da bilər.