Azərbaycan prezidenti Ermənistandakı revanşıst qüvvələrə xəbərdarlıq edib
Azərbaycan prezidenti Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı deyib: "İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik".
O, sonra qeyd edib: "Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq".
Azərbaycan dövlət başçısı həmçinin İsgəndər raketləri məsələsinə münasibət bildirib. "Şuşanı bax bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur. Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik".