Apr 20, 2021 17:04 Asia/Baku
  • Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub.

SəhərAzəri  Dəyərlər.org-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 nəfərdir.

Az. R-da vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.

Teqlər