Apr 25, 2021 10:55 Asia/Baku
  • İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan Respublikası və Türkiyənin prezidentləri ABŞ-ın erməni genosidi barədəki mövqeyini pisləyiblər.

SəhərAzəri xəbər verir ki, İlham Əliyev Rəcəb Tayyıb Ərdoğanla telefon söhbətində «erməni genosidi»nin Amerika tərəfindən rəsmən tanınmasını pisləməklə bu hərəkəti gərginlik yaradan bir hərəkət və tarixi bir səhv adlandırıb.

Əliyev deyib: Amerikanın yeni mövqeyi bölgədə yeni əməkdaşlıqlar prosesinə ciddi ziyan vurub və Bakı bu bəyanatı qəbuledilməz hesab edir.

Azərbaycan Respublikası prezidenti sonra deyib ki, Bakı həmişə Türkiyənin kənarındadır.

Türkiyə prezidenti də verdiyi dəstəyə görə, öz azəri həmkarına təşəkkür edib. O da öz növbəsində urğulayıbdır ki, Türkiyə həmişə Azərbaycan Respublikasının yanında olubdur.

Azərbaycan Respublikası və Türkiyə xarici işlər nazirlərinin telefon danışığında da tərəflər Amerika prezidentinin «erməni genosidi»ni rəsmən tanımağa dair son bəyanatını pisləyib,/ bu hərəkəti siyasi təzyiq adlandırıblar.

Co Bayden şənbə günü «erməni genosidi»ni rəsmən tanıyıb və beləliklə o, 1915-ci ildə Osmanlı imperiyası tərəfindən bir milyon yarım erməninin qətlə yetirilməsinə dair Ermənistanın mövqeyini rəsmən tanıyan ilk Amerika prezidenti olub.

Ermənlər 24 apreli, ermənilərin Osmanlı imperiyası tərəfindən qırğın edilmələrinin ildönümü günü, həmin hadisəni isə «erməni genosidi» adlandırırlar.

Türkiyə isə 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərin qırğın, həbs və sürgün edilmələrinin soyqırımı olmasını rədd edir.

Teqlər