Şəmkirdə korrupsioner məmurların həbsi
Azərbaycan Respublikasının Şəmkir rayonundakı mənbələr rayon icra başçısının və onun müavinlərinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığını bildirirlər.
SəhərAzəri xəbər verir ki, Şəmkir rayonu icra başçısı Alimpaşa Məmmədovdan başqa, onun müavini və təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, İcra Hakimiyyətinin Şəmkir şəhəri üzrə nümayəndəsi Pərviz İbrahimov saxlanılıb, bu barədə Turan-a yerli mənbələr məlumat verib.
Həbs edilənlərin vəzifələrindən göründüyü qədər, söhbət korrupsiya ilə bağlı növbəti cinayətlər seriyasından gedir.
Azərbaycanın rayonlarında korrupsionerlərin həbsi “serialı” ötən ildən gedir. Bu dövr ərzində beş icra hakimiyyəti başçısı və onların tabeliyindəki işçilər həbs edilib.
Korrupsiyanın sistematik hal aldığından hökumətin bu problemlə mübarizəsi indiyədək istənilən nəticəni verməyib. Və bu məsələ hökumətin xidmətlərini adətən kölgə altında qoyur. Ekspertlər Gürcüstan və Sinqapur təcrübələrinin tətbiq edilməsinin korrupsiyaya qarşı mübarizədə effektiv ola biləcəyinə inanırlar.