Az. R-nin Lənkəran şəhərində olan marketlərin birində nöqsanlar aşkarlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i376408-az._r_nin_lənkəran_şəhərində_olan_marketlərin_birində_nöqsanlar_aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Az. R-də qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri həyate keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 13:26 Asia/Baku
  • Az. R-nin Lənkəran şəhərində olan marketlərin birində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi Az. R-də qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri həyate keçirir.

SəhərAzəri AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Lənkəran şəhərində Z.Əliyeva küçəsində fiziki şəxs Baxşiyev Məhərrəm Tahir oğluna məxsus “Aura” marketində yoxlama aparılıb.

Yoxlama zamanı marketdə son istifadə müddəti bitmiş alkoqolsuz içki, marmelad, duz və kərə yağı məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.