Apr 29, 2021 16:02 Asia/Baku
  • Fransa Ermənistanın tərəfində Azərbaycanla müharibəyə girir

Fransa Ermənistanın tərəfində Azərbaycanla müharibəyə girir. Azərbaycanlı tanınmış jurnalist Eynulla Fətullayev bu iddianı irəli sürüb.

Jurnalist özünün son məqaləsində yazır: Fransa İkinci Qarabağ Müharibəsi əsnasında hətta formal neytrallığını bir kənara qoyaraq nümayişkarənə şəkildə münaqişə tərəflərindən birinin tərəfini tutdu. Parisin bütün hakimiyyət institutları Yerevanla və onun qəsbkarlıq siyasəti ilə mütləq həmrəylik nümayiş etdirirdilər, Fransanın qanunverici orqanı isə bütün beynəlxalq normalara və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Qarabağdakı erməni separatçılarının icmasını “dövlət” kimi tanıdı.

Eynulla Fətullayev qeyd edib ki, Fransa Qarabağda etnik qarşıdurmanı qızışdırmaqda davam edir. Yəni bu vasitəçinin bütün səyləri situasiyanın lokallaşdırılmasına dair, bilavasitə kəskinləşməsinə yönəlib. Əslində Fransa nəinki sözdə, eləcə də silahın gücü ilə Ermənistanı dəstəkləyib.

Bundan əlavə fransalı deputatlar Azərbaycanı işğal edilmiş ərazilərini azad etdiyi üçün qınayır. Yəni onların məntiqindən belə çıxır ki, Azərbaycan torpaqlarını azad etməli deyildi, əksinə, erməni ordusunu başqa şəhər və rayonlarına da çağırmalıydı. Və ya öz paytaxtını da Ermənistana güzəştə getməliydi.

Beləliklə, qısa zaman ərzində, yarım ildən də az vaxtda Fransa Ermənistanın dəstəklənməsinə və Azərbaycana qarşı yönələn ikinci qətnaməni qəbul edir. BMT üzvü olan dövlətin ərazi bütövlüyünü şübhə altına alır. Fransa nəinki həmsədr kimi neytrallığını pozub, eyni zamanda diplomatik etiketi və ədəb qaydalarını bir kənara ataraq Ermənistanın tərəfində Azərbaycanla münaqişəyə girib. Bundan sonra Fransanın həmsədr kimi hansı statusundan söhbət gedə bilər?

Teqlər