ABŞ-dakı insan haqları təşkilatı Azərbaycan dövlətini təhqir etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i376461-abŞ_dakı_insan_haqları_təşkilatı_azərbaycan_dövlətini_təhqir_etdi
Mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən “Freedom House" hüquq müdafiə təşkilatı Azərbaycanın avtoritar rejimlər siyahısında qaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2021 12:04 Asia/Baku
  • ABŞ-dakı insan haqları təşkilatı Azərbaycan dövlətini təhqir etdi

Mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən “Freedom House" hüquq müdafiə təşkilatı Azərbaycanın avtoritar rejimlər siyahısında qaldığını bildirib.

SəhərAzəri Turan Agentliyinə istinadlı xəbər verir ki, təşkilat aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” adlı hesabatını açıqlayıb.

Hesabatın giriş hissəsində deyilir ki, demokratik institutlara hücumlar Avropa və Avrasiyada hər zamankından daha sürətli yayılır.

Hesabatın Azərbaycana dair hissəsində qeyd edilir ki, Azərbaycan hakimiyyəti ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulması ilə bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.

Freedom House öz hesabatında Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstandakı vəziyyəti o qədər də tənqid etməyib.

Rəsmi Bakı insan haqları zəminində tənqidlərin qərəzli olduğunu bildirir.