Azərbaycan Respublikası işğal olunmuş Fələstin ərazilərində nümayəndəlik açacaq
Azərbaycan Respublikasının iqtisadiyyat naziri bildirib ki, işğal olunmuş Fələstin ərazilərində turizmin inkişafı üzrə nümayəndəlik və diplomatik statuslu ticarət nümayəndəliyi açılacaq!
SəhərAzəri xəbər verir ki, sionist rejim-Azərbaycan Respublikası müştərək həmkarlıq komissiyasının həmsədrləri Qabi Aşkenazi və Mikail Cabbarovun videokonfrans rejimində keçirilən/ tərəflər arasında ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş müştərək komissiyanın ikinci iclasında 2021-ci ildə işğal olunmuş Fələstin ərazilərində diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə nümayəndəliyin açılması və sionist şirkətlərin Dağlıq Qarabağ bölgələrinin «bərpa»sında iştraklarına təkid olunub.
Azərtac-ın məlumatına görə, iclas zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinin başçısı, iqtisadiyyat naziri Mikail Cabbarov bu respublikanın, sionist İsrail rejimi ilə iqtisadi əlaqələrinin yüksək səviyyədə qərar tapdığını bildirərək, 44 günlük savaşda Azərbaycan Respublikasına dəstək verdiyi üçün sionist rejimə təşəkkür edib.
Azərbaycan Respublikasında rəqəmsal inkişafın önəmini vurğulayan Mikail Cabbarov deyib ki, Azərbaycan Respublikası modern texnologiyalar üzrə bir mərkəzə çevrilməyi qarşısına məqsəd qoyub və Qarabağa «böyük qayıdış» proqramı Azərbaycan Respublikasında «elektron texnologiyalar»ın işlədilməsində mühüm rol oynayacaq.
Görüşdə elan olundu ki, doxsana yaxın sionist şirkət Azərbaycan Respublikası iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət edirlər və sionist rejim-Azərbaycan Respublikası müştərək həmkarlıq komissiyasının, həmçinin iki tərəfin birgə sənaye və ticarət palatasının modern təşəbbüslərə söykənən layihələr və iqtisadi əlaqələrin genişləndirilməsi sahələrindəki fəaliyyəti mühümdür.
Sionist İsrail rejiminin xarici işlər naziri Qabi Aşkenazi vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafı önəmlidir və sionist şirkətlər Azərbaycan Respublikasının azad edilmiş ərazilərində fəaliyyət göstərməyə maralıdırlar.
Sionist rejim-Azərbaycan Respublikası müştərək həmkarlıq komissiyasının ikinci iclasının sonunda yekun protokolu imzalanıb.
Tərəflər müxtəlif sahələrdə, o sıradan elm və mədəniyyət həmkarlıqları, təhsil, turizm, su təminatı, standartlaşdırma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, rəqəmsallaşdırma, investisiya, ticarət, səhiyyə, müalicə və energetika sahələrində əməkdaşlıqların genişəndirilməsinə təkid ediblər.