Apr 30, 2021 17:32 Asia/Baku
  • Azad Rəhimov vəfat etdi - Nəşi Bakıya gətirilir

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Amerikada müalicə olunduğu klinikada dünyasını dəyişib.

SəhərAzəri xəbər verir ki, Bakı medialarının məlumatlarına görə, Azad Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, Azad Rəhimov ağ ciyər xərçəngi və qara ciyər serrozundan əziyyət çəkirdi.

Teqlər