May 03, 2021 15:13 Asia/Baku
  • Politoloq Zərdüşt Əlizadə
    Politoloq Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadəyə görə, əgər İran malları Ermənistan tərəfindən sülhməramlıların nəzarətində olan əraziyə ötürülürsə bunun İrana aidiyyatı yoxdur.

SəhərAzəri xəbər verir, Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Axar.az-ın güya İrandan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə humanitar yardımların göndərilməsi barədə iddiası ilə əlaqədar suala cavabda deyib.

Politoloq hesab edir ki, İranla Ermənistan arasında diplomatik, ticarət əlaqələri var:

"Hər şey qanunidir. Bu, nə üçün qanunsuz sayılmalıdır? Fərz edək ki, Azərbaycandan İrana, İrandan da Azərbaycana mallar gəlir. Bu qanunsuzdur? Əgər bu, qanunidirsə, diplomatik, ticarət əlaqələri olan İranla Ermənistan arasında yüklərin daşınması da qanunidir. Hansı beynəlxaq qanun iki dövlət arasında ticarət əlaqələrini qadağan edir? O cümlədən yanacaq, tikinti materiallarını. Əgər Ermənistan bunu Qarabağa göndərirsə, düşünürəm ki, burada hüquq cəhətdən sullar yaranır və bunun cavabını Azərbaycan hökuməti verməlidir. Bunun İrana aidiyyatı yoxdur”.

Xatırladaq ki, bu gün Axar.az saytı İrana qarşı separatçı və təxribatçı mövqedə olan “azad İran” adlı telegram kanalına istinadla belə bir feyk xəbər yaydı. Həmin Telegram kanalının İsrail və digər düşmən rejimlərin təhlükəsizlik aparatları tərəfindən idarə olunduğu barədə faktlar mövcuddur.

 

Teqlər