May 05, 2021 09:31 Asia/Baku
  • Bu gün  üçüncü Qədr (Əhya) gecəsidir

Bu gecə fəcrin açılmasına qədər səlamətlikdir

 

SəhərAzəri xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazanın 22-ci gününə, bu il üçün mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edib. 

Min aydan daha fəzilətli olan qədr gecəsi ən sirli gecələrdən biri olara,  gün batandan hava işıqlananadək İlahi rəhmət və məğfirətlə zəngindir.

Məhz buna görə də, bəndələr günahlarının bağışlanması və müqəddəratının dəyişməsi üçün bu gecəni oyaq qalır və səhərədək dua və ibadət etməklə məşğul olur, bu gecəyə məxsus əməlləri yerinə yetirir.  

 

Teqlər