Tacikistan modeli tətbiq olunur
Azərbaycan Parlamenti uşaqların dini etiqada "məcbur" edilməsini qadağan etdi
Milli Məclisin qərarı ilə uşaqların dini etiqadına valideynlərin müdaxiləsi olmamalıdır.
SəhərAzəri -nin məlumatına əsasən, Sənəddə qeyd edilib ki, uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur.
Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Dini Etiqad və Vicdan Azadlığı haqda Qanununa Milli Məclis tərəfindən edilən son dəyişikliklərə münasibət bildirərək deyib ki, ölkə qanunlarına bu kimi mürtəce dəyişikliklərin əvvəllər də alınmadığıki kimi, bu dəfə də alınmayacaq.
“Necə olur ki, bütün digər sahələrdə valideynlər və uşaqlar azaddır, amma ilahi tərbiyədə məhdudiyyətlər tətbiq olunması istənilir. Bu alınmayacaq”,- deyə ilahiyyatçı vurğulayıb.
Azərbaycan Respublikasında dini mərasimlərdə o cümlədən də Aşura, Fitir Bayramı namazı və Qədr gücələrində uşaqlar və gənclərin iştirakı ildən ilə artmaqdadır və onlar öz valideynləri ilə birlikdə müsəlman ənənələrini qavramağa həvəs göstərirlər.
Xatırladaq ki, Tacikistan parlamenti də uşaqlar və gənclərin dini tərbiyəsini qadağan edən qanun qəbul edib. Buna baxmayaraq Mərkəzi Asiya ölkəsində dini ayinlərə böyük şövq müşahidə olunur.